Dünya
Baş nazirin arvadını güllələdilər
Lesotonın (Afrikanın cənubunda anklav dövlət, dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunub – red.) baş nazirinin arvadı güllələnib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, hadisə yeni seçilmiş baş nazirin inaqurasiyasından bir neçə saat sonra paytaxt Masananın yaxınlığında baş verib.
Məlumata görə, 58 yaşlı Lipolelo Tabane evə qayıdan zaman avtomobildə naməlum şəxs tərəfindən amansızcasına öldürülüb.
Yerli polisinin nümayəndəsi “Röyters”ə bildirib ki, baş nazirin xanımı öz dostunun (başqa məlumatlara görə, rəfiqələrin) müşayiəti ilə evə qayıdırdı. Evin yaxınlığında naməlum şəxs onlara hücum edib və əvvəl bir neçə dəfə siyasətçinin arvadına, daha sonra onu müşayiət edənə atəş açıb.
Lipolelo Tabane aldığı yaralardan hadisə yerində ölüb. Cinayətin motivləri hələlik məlum deyil.
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi