ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında "canlı bomba"...
Bizi izləyin

Dünya

ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında "canlı bomba"...

Hadisənin təfərrüatı araşdırılır.

ABŞ-ın İstanbuldakı konsulluğu yaxınlığında naməlum şəxs özünü partladacağı ilə hədələyib.

Publika.az "Habertürk"ə istinadən xəbər verir ki, şəxsiyyəti müəyyənləşdirilməyən şəxs "üzərimdə partlayıcı var" – deyə ətrafdakıları təhdid edib. Əraziyə polis cəlb edilib və o saxlanılıb.

"Hürriyyət" isə həmin şəxsin Yaxın Şərq ölkələrindən birinin vətəndaşı olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hər hansı təhlükənin olmadığını müəyyənləşdiriblər.

Hadisənin təfərrüatı araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm