Polislər 5 gün var olmayan uşağı axtardı - FOTO
Bizi izləyin

Dünya

Polislər 5 gün var olmayan uşağı axtardı - FOTO

Türkiyənin İzmir bölgəsində itkin düşən uşaq əslində, heç vaxt mövcud olmayıb.

Publika.az xəbər verir ki, İzmirin Tikili rayon sakini, polis olduğu iddia edilən Tarkan Tekeoğlu 5 gün əvvəl 5 yaşlı oğlu Mehmedin itkin düşdüyünü bildirib.

Polislər daxil olan şikayət əsasında yaxınlıqda olan ərazilərdə 5 gün boyunca axtarışlar aparıb. Heç bir izə rast gəlməyən polis əməkdaşları kişinin soyuqqanlılığından şübhələnərək ailənin digər üzvləri ilə söhbət edib.

Söhbət əsasında məlum olub ki, Tarkan Tekeoğlunun polislərə təqdim etdiyi şəkil onun 17 yaşlı oğlunun uşaqlıq şəkilidir. Əslində, kişinin bir oğlu var. 5 gündür axtarılan 5 yaşlı Mehmed Tekeoğlu hec vaxt mövcud olmayıb.

Psixoloji problemləri olduğu deyilən ata bir anda yoxa çıxıb. Polislər Tarkan Tekeoğlu rəsmi şəkildə axtarışa veriblər.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm