Dünya
Qatilləri tapana 1 milyon dollar mükafat veriləcək - FOTO
Avstraliya hökuməti 2004-2010-cu illərdə 2 azyaşlı uşağı öldürən və hələ də axtarışda olan qatilləri tapana mükafat verəcəyini elan edib.
Publika.az xəbər verir ki, Cənubi Avstraliya polisinin internet səhifəsində dərc edilən məlumata görə, azyaşlılar amansıca qətlə yetirilib.
Dylan Robert Ceyms Lindsay adlı körpə öldürülərkən 11 aylıq olub. Polisin verdiyi məlumata görə 11 aylıq körpənin cansız cəsədi 2004-cü ildə anasının narkoman bir tanışının evindən tapılıb. Uşağın qarnı yarılaraq orqanları çıxarılmış, üzəri yağlı boya ilə bəzədilmişdi. İstintaqda şübhəli bilinən 2 nəfər şəxs saxlanılsa da, dəlil çatışmazlığından sərbəst buraxılıblar.
18 aylıq Lili Ceyn Şehtini adlı körpə isə 2010-ci ildə öz evlərində ölü olaraq tapılıb. Uşağın bədənində çoxsayda qamçı izləri olduğu məlum olub. Ekspertiza uşağın işgəncələr və güclü travma nəticəsində öldüyünü bildirib.
Polis açıqlamasında bu körpələrin qatillərini tapana, ya da haqqında informaiya verənə 1 milyon Avstraliya dolları mükafat veriləcəyini bildirib.
Könül Cəfərli
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."