Belçika polisi vağzaldakı insidenti terror adlandırdı
Bizi izləyin

Dünya

Belçika polisi vağzaldakı insidenti terror adlandırdı

Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib.

Belçikanın Federal Prokurorluğu Brüsselin vağzalında baş vermiş insidenti terror aktı kimi qiymətləndirib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı prokurorluğun rəsmisi Erik Van der Sipt bildirib.

"Bu insident terror aktı kimi qiymətləndirilir" – deyə prokurorluğun nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Belçika polisi mərkəzi vağzalda kamikadzeni zərərsizləşdirib. Yerli mətbuat Belçika hərbçilərinin vağzalda naməlum kişini güllələdiklərini bildiriblər. Məlumata görə, onun üzərində partladıcı kəmər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm