Cinsi əlaqədən sonra iflic oldu
Bizi izləyin

Dünya

Cinsi əlaqədən sonra iflic oldu

İngiltərədə Lusinda Allen adlı 43 yaşlı qadın, cinsi əlaqə sonrası beyin qan sızması keçirərək iflic olub.

Publika.az "Mirror" qəzetinə istinadən xəbər verir ki, Stourbridg qəsəbəsində yaşayan Lusinda Allen cinsi əlaqə sonrası şiddətli başağrısı keçirib.

Ardından dərhal xəstəxanaya qaldırılan qadın süni komaya salınıb. Həkimlər beyində qarşı təzyiqi azaltmaq üçün "kranyotomi”yə (beyinə çatmaq üçün kəllə sümüklərinin kəsilməsi) müraciət edib.

Bu hadisə zamanı qadın hamilə olsa da, körpəsi heç bir zərər görmür. Əməliyyatdan üç ay sonra qadın uşağını dünyaya gətirir.

Hakimlər cinsi əlaqə sonrası başağrılarının onurğa mayesinin kəllə sümüyündən onurğaya sızmasından qaynaqlandığını güman edirlər. Müalicəsi alan qadın bir gün təkrar ayağa qalxacağına ümid edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm