• USD 1,7000 0,00% EUR 2,0665 +0,17%
    • GBP 2,3339 +0,50% RUB 0,0227 +0,44%

Şərqə dönüş və qeyri-real ssenari: Türkiyə NATO-nu Putinə QURBAN VERƏCƏK?

  • Dünya
  • 3 İyul 2017 12:05
  • 1 364 Baxış
Şərqə dönüş və qeyri-real ssenari: Türkiyə NATO-nu Putinə QURBAN VERƏCƏK?

Xarici siyasətdə Ankaranın atdığı addımlar avroatlantik blokda narahatlıq yaradır. Ankara son olaraq mühasirəyə alınmış və ABŞ prezidenti Donald Tramp tərəfindən tərk edilmiş Qətəri müdafiə etdi. Avropa Parlamenti cavabında Avropa İttifaqından (Aİ) Türkiyənin quruma üzvlüyü haqqında danışıqları dayandırmağı tələb etdi. Ərdoğanın isə xəbərdarlığı dəfələrlə bu şəkildə olub ki, əgər Aİ-nin qapıları Ankara üçün bağlanarsa, o, Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqına aparacaq.

Publika.az xəbər verir ki, “İstanbul Economics Research” türk konsaltinq şirkətinin şəriki, siyasi ekspert Sinan Ulgen “eurasia.expert” saytına müsahibəsində Türkiyə və Aİ arasındakı qarşıdurmadan danışıb.

Avropa Parlamentində həmişə Türkiyənin Aİ-yə üzvlüyünə qarşı çıxan deputatlar qrupunun olduğunu deyən ekspert qeyd edir ki, ancaq Avropa Parlamentinin qərarı icra üçün vacib deyil. O bildirir ki, danışıqların taleyini Avropa Şurası həll edəcək. Avropa Şurasının keçən ilin dekabrında danışıqları qeyri-formal dayandırdığını xatırladan ekspert qurumun buna rəsmi qərar statusunu verməkdən imtina etdiyini, buna görə də danışıqların yenilənə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə Aİ-yə üzv olarsa, Avropa ölkələri böyük müsəlman ölkəsi ilə barışmağa məcbur olacaqlar.

“Amma Türkiyə Avropa İttifaqının üzvü olan kimi xarici siyasətdə, həmçinin başqa siyasi qərarların qəbulunda manevr imkanları məhdudlaşacaq. Kluba üzvlüyə görə bütün iştirakçılar bunun üçün “qiymət” ödəyirlər. Eyni zamanda, Türkiyənin Avropa İttifaqına üzvlüyü qurumun büdcəsi üçün əhəmiyyətli problemdir. Türkiyədə illik adambaşına düşən gəlir təxminən 10 min dollar təşkil edir. Bu, Avropa İttifaqı üzrə orta göstəricidən aşağıdır. Bu o deməkdir ki, Türkiyə Avropa İttifaqının fondlarına ödədiyindən daha çox alacaq”, - ekspert vurğulayıb.

O bildirir ki, cari çətinliklərə baxmayaraq, türk xalqının çox hissəsi ölkənin Aİ-yə girişini dəstəkləyir. İyun ayının əvvəlində “İstanbul Economics Research” şirkəti tərəfindən keçirilən sorğuya əsasən, əhalinin 51 faizi Aİ-yə giriş dəstəkləyir, 46 faizi qarşı çıxır, 3 faizi isə fikrini bildirməyib.

Türkiyənin Aİ-yə üzvlüyünün real şanslarına gəlincə, Sinan Ulgen vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyini deyib. Onun fikrincə, Türkiyənin Avropa İttifaqına girişi cari şərtlərdə çətin ki, mümkün olsun.

Hindistan və Pakistan ŞƏT-ə qoşulub. İran və Türkiyə ittifaqa qoşulan növbəti ölkələr ola bilərmi? Müsahib bu suala mənfi cavab verib. Onun sözlərinə görə, ŞƏT-ə üzvlük NATO-nu tərk etməyi tələb edəcək.

“ŞƏT adətən Avropa İttifaqının alternativi kimi təqdim edilir, amma onun NATO-nun alternativi hesab etmək daha düzgün olardı. Buna görə də ŞƏT-ə üzvlük Türkiyədən NATO ilə əlaqələri kəsməyi tələb edəcək. Mövcud vəziyyəti nəzərə alsaq, bu, qeyri-real ssenaridir”, - Sinan Ulgen hesab edir.

Ən yaxın perspektivdə Rusiya-Türkiyə münasibətlərinin inkişafına toxunan siyasi ekspert hər iki ölkənin daha sıx əməkdaşlıq qurmaq niyyətində olmasına baxmayaraq, məhdudiyyətlərin həmişə mövcud olacağını söyləyib. O, Türkiyənin NATO üzvü və qərb cəmiyyətinin bir hissəsi olduğunu diqqətə çatdırıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR