Dünya
Kürd dövlətinin yaradılmasına bir addım qaldı, əgər…
Nuri Əl-Malikinin yenidən baş nazir olması İraqda yeni bir dövrün başlanmasına gətirib çıxara bilər.
Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nuri Əl-Maliki yenidən baş nazir olarsa, kürdlər müstəqillik referendum keçirəcək.
Kürd siyasi partiyaları ilə Şimali İraq kürd rəhbərliyinin başçısı Məsud Bərzaninin görüşündə İraqın yeni hökumətində kürdlərin iştirak edib-etməməsi mövzusu müzakirə olunub. Görüşdə iştirak edən İslam Birliyi Partiyası siyasi bürosunun üzvü Rebvar Səid bildirib ki, görüşdə müzakirə olunan məsələlərdən biri də Malikinin yenidən baş nazir olacağı halda kürdlərin referendumla İraqdan ayrılması variantı olub.
R.Səid Kürd siyasi partiyalarının prezident postunun kürdlərə verilməsi üçün tələb mövzusunda razılaşma əldə etdiyini söyləyib.
Xatırladaq ki, Şimali İraq regional rəhbərliyin başçısı ötən ay Ərbil-Bağdad münasibətlərini “Sky News” telekanalının ərəb xidmətinə dəyərləndirərkən“kürd dövləti”ndən danışmışdı.
Kürd muxtariyyəti ilə mərkəzi Bağdad rəhbərliyi arasındakı neft anlaşılmazlığından ortaya çıxan böhran davam edir. İki paytaxt arasındakı problemlər liderlərin bəyanatlarında da əks olunur.
Ərbil ilə Bağdad hökuməti arasında yaşanan büdcə böhranı və neftin daşınmasından qaynaqlanan problemlərdən danışan M.Bərzani kürd bölgəsi ilə İraq arasındakı əlaqələrin konfederalizmə doğru getdiyini deyib. Bərzani konfederalizmdən sonrakı addımın da müstəqil kürd dövləti olacağını vurğulayıb.
Siyasi müşahidəçilər hesab edir ki, M.Bərzaninin “Sky News” xəbər kanalına verdiyi müsahibə Ərbil və Bağdad arasındakı problemlərin dərinləşdiyini göstərir.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi