Dünya
Putinin sözçüsü Bağdadinin taleyindən danışdı
“Moskvada İŞİD lideri Əbubəkr əl-Bağdadinin taleyi haqqında dəqiq informasiya yoxdur”.
Publika.az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Bağdadinin taleyi ilə bağlı dövriyyədə olan bütün məlumatlar yoxlanılır.
“Bizdə hansısa daha dəqiq məlumat yoxdur. Həqiqətən, bir-birinə zidd informasiyalar hərəkət edir. Bu informasiyalar bizim müvafiq xidmətlərimiz tərəfindən yoxlanılacaq”, - Peskov əlavə edib.
Bu gün Şimali İraq kürd anti-terror güclərinin nümayəndəsi Lahud Təlabani İŞİD liderinin sağ olduğunu deyib.
“99 faiz ehtimalla deyə bilərəm ki, Bağdadi sağdır və Rakkada yaşayır. Onun sağ olması ilə bağlı bizdə kəşfiyyat məlumatı var”, - Təlabani bildirib.
Ötən həftə isə İraqın "Sumariya nyuz-un” xəbərlər portalı Bağdadinin öldüyünü xəbər verib. İraq nəşri xəbər verib ki, qruplaşmanın bəyanatına görə, Bağdadi həlak olub və yaxın vaxtlarda onun varisinin adı elan ediləcək.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, mayın 28-də Raaka şəhərinin cənubunda İŞİD liderlərinin iştirak etdiyi toplantı bombalanıb. İŞİD liderinin də ölənlər arasında olduğu ehtimal edilir.
Ömər Dağlı
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı