Dünya
“Bu, Rusiyaya qarşı müharibəyə hazırlıqdır” – ABŞ-ın Donbas planı AÇIQLANDI
“ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsinin “DXR” və “LXR” (Donetsk və Luqansk “xalq respublikaları” – red.) sərhədlərində uçuş həyata keçirməsi ABŞ-ın Kiyev hakimiyyətinə hücuma hazırlaşmağa kömək göstərdiyini nümayiş edir”.
Publika.az xəbər verir ki, bunu “Komsomolskaya Pravda” qəzetinin hərbi müşahidəçisi Viktor Baranes deyib.
“Bu, turizm uçuşu deyildi, tamamilə kəşfiyyat uçuşudur. ABŞ-ın əldə etdiyi məlumatları təbii ki, Kiyev alacaq”, - ekspert bildirib.
Ekspert vurğulayıb ki, Ukrayna rəhbərliyi son aylara qədər cənub-şərq sərhədlərində qoşunlarını yenidən qruplaşdırır, təmas xəttinə müasirləşdirilmiş və təmir edilən hərbi texnika toplayır.
Daha əvvəl Rusiyanın “Korrespondent” nəşrinin yazdığına görə, ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsi iyulun 16-da Donbasda Ukrayna ordusu ilə separatçılar arasındakı təmas xətti boyunca bir neçə saat kəşfiyyat uçuşu edib. Həmçinin bildirilir ki, Amerika pilotsuz təyyarəsi Siciliyada yerləşən Siqonella təyyarə bazasından uçub və Nikolayev vilayətindən Ukraynanın hava məkanına daxil olaraq Mariupola yollanıb. Təyyarə Donbasda tapşırığın icrasından sonra Moldovaya uçub.
Amerika kəşfiyyatçısı təxminən 16,7 min metr hündürlükdən uçurdu. Nəzərə alaraq ki, “RQ-4A Global Hawk” 300 kilometr radiusda kəşfiyyat toplamağa qadirdir, o halda hava gəmisinin Rusiyanın sərhəd ərazilərini də izlədiyi aydındır.
Rusiya nəşri yazır ki, pilotsuz təyyarə hər ay Donbas ərazisində kəşfiyyat uçuşlarını həyata keçirir.
Ömər Dağlı
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO