Dünya
Polşada aksiyalar: Prezident yeni qanuna veto qoydu
Polşada minlərlə vətəndaş etiraz aksiyalarına başlayıb.
Publika.az xəbər verir ki, sakinlər Konsitutsiya Məhkəməsinin iqtidarın nəzarətinə verilməsilə bağlı yeni qanuna etiraz edirlər.
Paytaxt Varşava başda olmaqla, demək olar ki, ölkənin bütün şəhərlərində küçəyə axışan vətəndaşlar hakim partiyanın bu layihəsinə şiddətlə qarşı çıxıblar. Onlar “azad məhkəmə” və “sərbəstlik, bərabərlik, demokratiya” pankartları ilə etiraz nümayişləri keçirib.
Vətəndaşların etirazını dinləyən prezident Andrzej Duda nəhayət ki, onlara cavab verib.
Dünən axşam Konstitusiya Məhkəməsinin binası qarşısında xalqa müraciət edən prezident qanun layihəsinə veto qoyacağını bəyan edib.
Qeyd edək ki, məhkəmə sisteminin tamamilə dəyişdirilməsini hədəfləyən layihə iqtidardakı Mühafizəkar Ədalət və Hüquq partiyası tərəfindən irəli sürülmüşdü.
Həmin layihənin qüvvəyə minməsi üçün prezidentin imza atması lazım idi.
Zümrüd
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO