Dünya
İl yarım işlədi, qazandığı pulla 50 ölkəyə SƏYAHƏT ETDİ
Avstraliyalı bloger Tiral Dalits Sidney şəhərindən ABŞ-ın San-Dieqosuna qədər aviaşirkətlərin xidmətlərindən istifadə etməyərək gedib.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, 29 yaşlı gənc, üç illik səyahət zamanı təxminən 80 min kilometr qət edib və 50 ölkədə olub.
Səyahət zamanı Dalits öz saytında yol gündəliyi tutur - Avstraliyadan İndoneziyaya, Sinqapura, Malayziyaya, Tailanda gedir. Sonra Laosu, Kambocanı, Vyetnamı və Çini ziyarət edir, daha sonra isə Monqolustandan Rusiyaya keçərək Avropa ölkələrində səyahətini davam etdirir.
Səfər zamanı gənc velosiped, avtomobil nəqliyyatı və qatarlar, eyni zamanda gəmilərdən də istifadə edib. 50 ölkəyə təyyarəsiz səyahət, ona təxminən 22 min dollara başa gəlib.
Bu vəsaiti, bioloji təhsili olan gənc fermada il yarım ərzində işləyərək qazanmışdı.
Amerikanın San-Dieqo şəhərindən isə Dalits doğma Sidneyə qayıtmağı planlaşdırır. Turist bildirib ki, Avstraliyada onu anası və sevdiyi qız gözləyir.
Zaur H.
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU