Dünya
ABŞ əsgərlərinin İordaniyada öldürülməsinin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
İordaniya ordusu bir əsgərinin 3 amerikalı əsgəri öldürdüyü anın video görüntülərini yayıb.
Publika.az xəbər verir ki, video paylaşılmadan əvvəl ABŞ əsgərlərinin ailələrinə göstərilib. Görüntülərdə ABŞ əsgərlərinin bazaya giriş zamanı atəşə məruz qaldığı diqqət çəkir.
Əsgərlərdən ikisi maşından çıxaraq gizlənməyə çalışır, əllərini qaldırır, ancaq atəş davam edir. Qapıya yaxın maşındakı iki əsgər Matyu Levelen və Kevin Makroe ilk vurulanlar olur. Digər əsgər Ceyms Moriartinin maşından çıxıb, tapançasıyla iordaniyalı əsgərə qarşılıq verməsi də nəticəsiz qalır. Amerikalı əsgərlərin yaxınları onların atışma zamanı “biz dostuq” deyə qışqırdıqlarını, buna baxmayaraq atəşin davam etdiyini söyləyib.
Ötən il noyabrın 4-də əsgərlərin hərbi bazaya girdiyi ərəfədə baş verən hadisəni çavuş Mari El-Tuvayha tərədib. O, İordaniya hərbi məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, iordaniyalı əsgər hücuma məruz qaldığını düşünərək müdafiə məqsədilə atəş açdığını ifadə etmişdi. Öldürülənlər amerikalı hərbi təyyarəçilər idi.
Amin
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi