Merkel yenə mətbuatın dilinə düşdü - Bu dəfə geyimi ilə... - - FOTOLAR
Bizi izləyin

Dünya

Merkel yenə mətbuatın dilinə düşdü - Bu dəfə geyimi ilə... - - FOTOLAR

Merkel həyat yoldaşı ilə birgə İtaliyaya istirahətə gedib.

Almaniya kansleri Angela Merkel həyat yoldaşı ilə birgə İtaliyaya istirahətə gedib.

Publika.az xəbər verir ki, istirahət anlarında da onu rahat buraxmayan media bu dəfə kansleri geyimi səbəbilə dilinə dolayıb.

Almaniyanın “Bild” qəzeti Merkelin fərqli illərdə çəkilmiş tətil fotolarını bir araya gətirərək dərc edib. Fotolardan onların eyni ildə çəkilməsi təəssüratları alınır, lakin heç də belə deyil.

Sən demə, kansler hər il tətilə çıxarkən eyni qarderobdan istifadə edirmiş. Qəzet də bundan ilhamlanaraq “Merkelin tətilinin dəyişməyənləri: həyat yoldaşı və qarderobu” adlı xəbər məqalə hazırlayıb.

Məqalədə Merkelin sadəcə keçən il deyil, 2011-ci ildən etibarən eyni geyimlərdən istifadə etdiyi yazılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm