Ana 5 aylıq körpəni qara paketə büküb pəncərədən asdı: "Qız istəmirdim"
Bizi izləyin

Dünya

Ana 5 aylıq körpəni qara paketə büküb pəncərədən asdı: "Qız istəmirdim"

Amerikada dəhşətli hadisə baş verib. Öz qızını öldürmək istəyən qadın hadisəyə oğurluq görüntüsü verərək polisləri çaşdırmağa çalışıb.

Publika.az xəbər verir ki, 34 yaşlı Yin Sothera və 33 yaşlı Çem Sovanna gecəyarısı dostları ilə yaxınlıqdakı kluba kart oynamağa gediblər. Bir neçə dəqiqə sonra dostlarından ayrılan Yin gizlicə evinə qayıdaraq 5 aylıq qızının ağzını bağlayıb, qara zibil paketinə qoyaraq pəncərədən aşağı sallayıb. Bütün bunlardan sonra qadın heç nə olmamış kimi dostlarının yanına qayıdıb.

Uşağın ağlama səslərini eşidən qonşular dərhal polisə və təcili tibbi yardıma xəbər verib. Xoşbəxtlikdən 4 saat ağzı bağlı paketdə pəncərədən asılı qalan körpənin həyatını xilas etmək mümkün olub.

Qonşular hadisəni ananın törətdiyini iddia edib. Onların sözlərinə görə, bunu heç kəs etməzdi:

"Qız olduğu üçün o uşağı öldürmək istəyirdi. Dəfələrlə döydüyünün şahidi olmuşuq".

Polis faktla bağlı istintaq başladıb. 34 yaşlı Yin törətdiyi əməldən peşman olduğunu desə də, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrub edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm