Müəmmalı görüşün yeni təfərrüatları ortaya çıxdı: Vəkil hər şeyi açıqladı
Bizi izləyin

Dünya

Müəmmalı görüşün yeni təfərrüatları ortaya çıxdı: Vəkil hər şeyi açıqladı

Rusiyalı vəkil Nataliya Veselnitskaya ABŞ prezidenti Donald Trampın oğlu ilə görüşməsinin səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, vəkil Tramp Jr.lə “Maqnitskiy” qanunu üçün lobbi fəaliyyətləri həyata keçirən ingilis maliyyəçi Villiam Brovder haqqındakı narahatlıqlarını paylaşmaq üçün görüşdüyünü deyib.

Veselnitskaya bu açıqlamanı məsələnin ABŞ mətbuatında şişirdilməsindən sonra verməyə məcbur olub:

“Bu özəl bir görüş idi. Professional fəaliyyətlərim nəticəsində topladığım bilgiləri paylaşmaq üçün Tramp JR.lə görüşməyə qərar verdim və ondan yardım istədim. ABŞ konqresinin Brovderə Rusiyada nələr olduğunu bilməsi üçün yardım edə biləcək biri lazım idi. Bu çox normal bir tələb idi”.

Vəkil ABŞ mediasının onun Tramp Jr.ə Hillari Klintonla bağlı sənədlər verməsi iddiasına da cavab verib. O, Nyu-Yorkda baş tutan gürüşün prezident seçkiləri ilə heç bir əlaqəsinin olmadığını xüsusi vurğulayıb:

“Bunun Trampın rəqibləri və ya prezident seçkiləri ilə heç bir əlaqəsi yox idi. Bu xəbərlər tamamilə yalandır”.

Qeyd edək ki, görüşdə adı keçən Brovder “Ermitaj Kapital Menecment” şirkətinin məsləhətçisidir. O, 6 il Rusiyada yaşamış və haqqında vergi qaçaqçılığı ittihamları səbəbilə ölkədən qaçmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm