Dünya
Həsən Ruhaninin andiçmə mərasimi keçirildi
Bu gün İranın İslam Respublikasının 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, andiçmə mərasimi İran parlamentinin binasında baş tutub. Tədbir ölkə himninin və Quran ayələrinin oxunuşu ilə başlayıb. Daha sonra parlamentin spikeri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri Sadeq Amoli Laricani çıxış ediblər.
Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin
imzalanması ilə başa çatıb. And içən prezident İslamın, ölkəsinin
əmin-amanlığın və qanunların aliliyinin qorunması üçün əlindən
gələni edəcəyinə söz verib.
Mərasimdə 92 ölkədən 1200 qonaq iştirak edir. Tədbirdə Azərbaycanı
Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə
heyəti təmsil edir.
İranda prezident seçkiləri mayın 19-da keçirilib. Rəsmi məlumata əsasən, H. Ruhani seçicilərin 57%-nin səsini toplamağı bacarıb. Onun əsas rəqibi İbrahim Raisi səslərin 38%-ni toplayıb.
İran prezidentinin inauqurasiyası ayrı günlərdə keçirilən iki
mərhələdən ibarətdir.
Birinci mərhələ İranın ali dini lideri Əli Xamneyinin, hakimiyyətin
bütün nümayəndələri və hərbi elitasının iştirakı ilə baş tutur.
İkinci mərhələ isə andiçmə mərasimindən ibarətdir və parlamentin
binasında keçirilir.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ