Dünya
Britaniya 40 mlrd. avro ödəməyə hazırdır - Aİ-dən çıxmağa görə
Avropa İttifaqının tərkibindən çıxmağa hazırlaşan Böyük Britaniya Aİ qarşısında üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmək üçün 40 mlrd. avro ödəməyə hazırdır.
APA-nın xəbərinə görə, bu barədə “Telegraph” nəşri hökumətdəki mənbələrinə istinadən xəbər verib.
“Böyük Britaniya “Brexit”ə görə “hesab” üzrə Aİ-yə 36 mlrd. funt (təxminən 40 mlrd. avro) ödəməyə hazırdır. Hökumətdəki yüksək vəzifəli məmurlar bu təklifin danışıqlar prosesinin dirəndiyi dalandan yeganə çıxış yolu olduğu qənaətinə gəliblər”, - deyə nəşr qeyd edir.
Bununla belə qeyd olunur ki, Böyük Britaniya bu məbləği Aİ ticarət razılaşması daxil olmaqla maliyyə nizamlanmasını gələcək münasibətlərə dair müqavilənin tərkib hissəsi kimi müzakirə etməyə razılaşacağı təqdirdə ödəyəcək.
Aİ rəhbərliyi hesab edir ki, Britaniya “Brexit”ədək Aİ qarşısında əvvəlcədən üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməlidir. Bu məbləğin 60 mlrd.-dan 100 mlrd.-dək avro olacağı gözlənilir.
Bununla belə “Brexit”ə görə “hesab” Böyük Britaniyaya hələlik təqdim edilməyib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi