Putindən yardım xahişinin ACI NƏTİCƏSİ: ABŞ ölkəni bombardman EDƏCƏK
Bizi izləyin

Dünya

Putindən yardım xahişinin ACI NƏTİCƏSİ: ABŞ ölkəni bombardman EDƏCƏK

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Filippində İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda anonim hərbi məmurlara istinadən NBC telekanalı bildirib.

Əməliyyatın başlanğıc tarixi bu gün məlum ola bilər. Telekanalın məlumatına görə, əməliyyata Amerika pilotsuz təyyarələri cəlb ediləcək. Ağ Ev Pentaqonun planına razılıq verəcəyi halda İŞİD-in mövqləri pilotsuz təyyarələr tərəfindən bombalanacaq.

Xatırladaq ki, İŞİD-in Filippində genişmiqyaslı hücumu may ayında – prezident Rodrigo Dutertenin Moskvada olduğu bir vaxtda başlanıb. Duterte səfəri yarımçıq qoyaraq ölkəsinə qayıtmağa məcbur olub. Lakin o, ABŞ-dan Rusiya prezidenti Vladimir Putinə şikayət etməyə və İŞİD-lə mübarizə üçün Rusiyadan silah istəməyə vaxt tapıb. Putin iki ölkənin hərbi-texniki əməkdaşlıq imkanlarını istisna etməyib (İŞİD-in hücumunun Dutertenin Putinlə görüşünə mesaj olduğunu iddia edənlərin sayı kifayət qədərdir - red.).

Toqquşmalar nəticəsində terrorçuların may ayında tutduğu ölkənin cənubundakı Maravi şəhəri azad edilib. Döyüş əməliyyatlarında ən azı 120 nəfər həlak olub. Hazırda Filippində hökumət gücləri və silahlı qruplaşmalar arasında toqquşmalar davam edir. Hökumət qüclərinə qarşı “Abu Sayyaf” və əsasən ölkənin cənubunda fəaliyyət göstərən “Maute” qruplaşmaları döyüşür. Hər iki təşkilat İŞİD-ə sədaqət andı içib.

Maravidə döyüş əməliyyatları Filippin xüsusi xidmət orqanlarının “Abu Sayyaf”ın lideri İsnilona Xapilonun tutulması üçün etdiyi uğursuz cəhdindən sonra fəallaşıb. O, cənub-şərqi Asiyada döyüşçülərin “əmir”i adlandırılır.

Kəşfiyyatın məlumatına görə, Filippin döyüşçülərinin tərəfində həmçinin əcnəbilər vuruşur. Filipin kəşfiyyatında olan mənbə “Röyters” agentliyinə deyib ki, Mindanao adasına gəlmiş təxminən 400-500 döyüşçüdən 40-ı Yaxın Şərq ölkələrinin sakinləridir. Agentliyin həmsöhbəti qeyd edib ki, xarici döyüşçülər arasında Malaziya, İndoneziya, Pakistan, Yəmən, Hindistan, Mərakeş, Ceçenistan, Səudiyyə Ərəbistanından gəlmələr var.

Cənub-şərqi Asiyadan gəlmələr dərc etdiyi bir videoçarxla öz həmyerlilərini Filippinin cənubunda cihada başlamağa və Yaxın Şərqə getməyə çağırıblar.

“Maravinin xarici cihadçıların mövcudluğu göstərir ki, region İŞİD-in konsentrasiyasının yeni mərkəzinə çevrilir. İŞİD İraq və Suriyada məğlub olaraq Asiyanın bəzi hissələrinə yayılır. Bu ərazilərdən biri cənub-şərqi Asiyadır və Filippin burada ağırlıq mərkəzidir”, - Beynəlxalq Tədqiqatlar üzrə Sinqapur Mərkəbinin təhlükəsizlik üzrə eksperti Roxan Qunaratna deyib.

İŞİD və digər qruplaşmalar son iki il ərzində cənub-şərqi Asiyada hücumlar təşkil edirdi. Amma Maravidə həyata keçirilən hücum terrorçularla Filippin təhlükəsizlik gücləri arasında ilk böyük qarşıdurma oldu.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) şərqşünaslıq kafedrasının professoru Larisa Yefimova bildirir ki, Filippində terrorçular dağlıq və çətin keçilə bilər ərazilərdə hərəkət edirlər.

“Amma hələ Tailand və Myanmanın cənubu, həmçinin İndoneziyanın insan yaşamayan adaları var. Malay arxipelaqı 17,5 min adadan ibarətdir və onlarda yalnız 6 min insan yaşayır. Bu, böyük akvatoriyadır və nə dənizdən, nə də havadan nəzarət etmək mümkün deyil, çünki bura sıx tropik meşələrlə örtülüb. “Abu Sayyaf” Filippin ərazisindən qovulacaqsa, onlar məhz bu adalara yerini dəyişə bilərlər. Bura gizlənməsi mümkün olmayan Əfqanıstan, yaxud da Yaxın Şərq deyil. Burada insan yaşamayan on minlərlə ada var və onlara nəzarət etmək mümkün deyi”, - Yefimova qeyd edib.

Bununla belə, onun fikrincə, döyüşçülərin Yaxın Şərqdən cənub-şərqi Asiyaya keçidinin tendensiyası haqqında danışmaq hələ tezdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm