Putin separatçı quruma ZƏMANƏT VERDİ
Bizi izləyin

Dünya

Putin separatçı quruma ZƏMANƏT VERDİ

“Moskva bundan sonra Suxumunin müstəqilliyi və təhlükəsizliyinə zəmanət verəcək”.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstandan birtərəfli qaydada ayrılan tanınmamış “Abxaziya Respublikası”nın “prezidenti” Raul Xacimba ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib.

“Bizim Abxaziya ilə tamamilə xüsusi münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizliyi və müstəqilliyinə etibarlı zəmanət veririk. Əminəm ki, bu, bundan sonra da olacaq”, - Rusiya lideri bildirib.

Putin “həmkarı”na xüsusi halda, Abxaziyanın optimal inkişaf yollarının axtarışını müzakirə etməyi təklif edib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Abxaziyaya işgüzar səfərə gəlib. Səfər 2008-ci ilin avqustun 8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə uyğunlaşdırılıb. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm