Dünya
Tramp: “Venesuelaya qarşı hərbi variantı istisna etmirəm”
ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyat keçirilməsini nəzərdən keçirir.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ lideri dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşdən sonra bəyan edib.
“Venesuela elə də uzaq deyil. Orada insanlar əzab çəkir, həlak olurlar. Venesuelaya dair bir çox variant nəzərdən keçirilir. Yeri gəlmişkən, mən hərbi əməliyyat variantını da istisna etmirəm”, deyə D.Tramp bildirib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. Ölkə müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Aprelin əvvəlindən ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?