Hindistanda 15 nəfəri öldürmüş fil güllələnib
Bizi izləyin

Dünya

Hindistanda 15 nəfəri öldürmüş fil güllələnib

Hindistanın Carkxand ştatında xüsusi ovçular dəstəsi 15 nəfəri öldürmüş və bir neçə evə zərər vurmuş aqressiv fili güllələyib.

"Report" xəbər verir ki, bu barədə "TASS" "NDTV" telekanalına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, fil adət-ənənəyə uyğun olaraq çiçəklərlə dəfn edilib.

Erkək fil 25 il ərzində Carkxandda aqressivliyi ilə seçilib və daim insanlara hücum edib. Bu ilin mart ayında 11 nəfər onun hücumunun qurbanı olub. O, qonşu Bihar ştatında da daha 4 nəfəri öldürüb.

Yerli sakinlər hakimiyyət orqanlarından təhlükəli heyvana qarşı tədbrlər görülməsini uzun müddət tələb edib. Lakin problemi həll etmək mümkün olmayıb: - ölkədə xortumluların mühafizəsi üzrə xüsusi qanun qüvvədədir. Qanuna əsasən onların ovu ciddi şəkildə qadağan edilib və aqressiv heyvanların məhv edilməsi üçün hakimiyyətin xüsusi qərarı tələb olunur.

Amma filin insanlara ardı kəsilməyən hücumları hakimiyyəti qəti tədbir görməyə məcbur edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm