Dünya
Serbiyada 3 günlük matəm elan olundu (VİDEO)
Serbiyada 3 günlük matəm elan olunub. Balkanlarda baş vermiş təbii fəlakət 50-ə yaxın insanın həyatına son qoyub. Regionu cənginə almış daşqınlar və torpaq sürüşmələri qanlı müharibədən keçmiş xalqların etnik ədavətini bir anlıq unutdurub.
Serbiya ölkə tarixində ən çox itkili daşqınları ilə üzləşib.
Onminlərlə insan su basmış evlərindən didərgin düşüb. Obrenovac
şəhəri ən çox ziyan çəkən ərazilərdən sayılır. Şəhər artıq bir neçə
gündür ki, sel suları altında qalıb. Şəhərdə artıq 14 nəfərin
öldüyü təsdiqlənib. Serbiya höküməti ölənlərin xatirəsi üçün 3
günlük matəm elan edib. 14 min sakinin evakuasiya olunub.
Bosniyanın Doboy şəhərində yerli sakinlər daşqınların fəsadlarını
aradan qaldırmağa başlayıb. Temperatur yüksəlməyə başladığından,
infeksion xəstəliklər yayılmasın deyə, sakinlər təmizlik işləri
aparır.
Bosniyanın Visoko şəhərində sel suları müharibə dönəmlərində
quraşdırılmış minaları yerindən tərpətdiyi ehtimal olunur.
Minaların yerini müəyyən etmək üçün şəhərə xeyli sayda istehkamçı
cəlb olunub. Ölkəyə dəyən ziyanın milyardlarla dollara çatdığı
bildirilir. Bosniya höküməti beynəlxalq ictimaiyyətə yardım üçün
müraciət edib.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ