Dünya
Post-Nazarbayev dövründə qonşularla müharibələr başlayacaq - Ukrayna SSENARİSİ
“Qazaxıstan federasiya olmasa, onu Ukraynanın taleyi gözləyə bilər”.
Publika.az xəbər verir ki, təhdid xarakterli bu fikir Rusiyanın cont.ws saytında gedən yazıda yer alıb.
Qriqori Mironovun müəllifi olduğu yazıda qeyd edilir ki, rəsmi Astana müasir Qazaxıstanda rusların öz tarixi və etnik torpaqlarında yaşadıqlarını tanımaq istəmir. O iddia edir ki, bu torpaqları bolşeviklər qazaxlara hədiyyə edib.
“Rəsmi Qazaxıstan ölkədə rusdillilərin hüquqlarına etinasızlıq siyasətini davam etdirərək dövlət səviyyəsində hələlik gizli qazax millətçiliyini həyata keçirir. Hədəf gələcəkdə ölkənin monoetnik xüsusiyyətə malik olmasıdır. Hərçənd bunun nəticəsi yalnız daha pis olacaq”, - müəllif xəbərdarlq edib.
Bildirilir ki, hazırda Qazaxıstanın ərazisində Astananın siyasətinə görə iki düşmən qrup fəal şəkildə formalaşdırılır: ruslar və ruslar ətrafında birləşdirilmiş (maloroslar, belaruslar, almanlar, polyaklar) ölkənin rusdilli əhalisi və qazaxlar. Müəllifin sözlərinə görə, qarşıdurma asanlıqla isti mərhələyə keçə bilər.
“Çox tədqiqatçılar razılaşırlar ki, yalnız Qazaxıstanın federallaşdırılması onu gələcəkdə - Nursultan Nazarbayev dövrünün qanunnauyğun sonunda dağılmadan və destabilizasiyadan xilas edə biləcək. Yalnız Kanada nümunəsi üzrə quruluşunun rus-qazax variantı Qazaxıstanı indiki sərhədlərdə saxlayacaq. Nazarbayevin hakimiyyətindən sonra ölkənin gələcək inkişafının iki variantı olacaq. Birincisi, vətənpərvərlik ritorikası dalğasında vətəndaşları qazax millətçiliyi altında birləşdirmək. Buna rusdillilər Rusiyanın dəstəyi ilə qarşı çıxacaqlar və bu, Qazaxıstanın heç vaxt iştirak etmədiyi münaqişəyə mütləq gətirib çıxaracaq. İkinci variant, rusdillilərə dil, mədəni-tarixi və daxili siyasi hüquqlar verməklə ölkənin federallaşdırılmasıdır. Bu, gələcəkdə dövləti etniklərarası münaqişələrdən qoruyacaq”, - Mironov qeyd edib.
O, Astananı rus əhalisini rus mədəniyyətindən uzaqlaşdırmaq cəhdində ittiham edib. Bildirilir ki, Qazaxıstan bununla da özünü uçuruma, qeyri-sabitliyə, geriliyə və orta əsrlərə aparır:
“Ukraynanın nümunəsi göstərdi ki, rusdillilərin qanuni hüquqlarına sonrakı etinasızlıq postsovet məkanında daha bir “qaynar nöqtəyə” gətirib çıxara bilər. Və rəsmi Astana özü üçün Ukrayna ssenarisini təkrarlamağa çalışır. Niyə? Doğrudanmı, onlar real düşünürlər ki, əgər ruslar Qazaxıstandan gedəcəklərsə, hamı qazax dilində danışacaq və ölkədə xoşbəxtlilik olacaq. Əksinə, ruslarla birlikdə sivilizasiya gedəcək, Qazaxıstan qonşularla müharibələrə, qeyri-sabitliyə və münaqişələrə yuvarlanacaq. Və onlar üçün ilkin şərtlər artıq indi var. Yalnız rus xalqı ilə birlikdə qazaxlar özü üçün yüksək mədəniyyət səviyyəsini saxlaya və özlərini Avropa sivilizasiyasının bir hissəsi hesab edə bilərlər. Buna görə də rus xalqı şəxsi etnik torpaqlarında mədəniyyətilərinin inkişafı üçün öz muxtar vilayətlərinə malik olmalıdırlar”.
Ömər Dağlı
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ