Rusiyadakı hücumu İŞİD təşkil edib (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Rusiyadakı hücumu İŞİD təşkil edib (YENİLƏNDİ)

İŞİD terror qruplaşması Dağıstanın Muxtar Respublikasının Kaspiysk rayonunda polis əməkdaşlarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az
xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “SITE Intelligence Group” təşkilatı İŞİD-ə yaxın olan “Amak” informasiya agentliyinə istinadən bildirib.
Qeyd edək ki, hücumda bir polis ölüb, ikisi yaralanıb. Hücum edənlər cavab atəşi ilə məhv edilib.

***

Rusiya Federasiyasınınn Dağıstan Muxtar Respublikasında naməlum silahlılar polis bölməsini atəşə tutub.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Naməlum şəxslər polis bölməsinə silahlı hücum ediblər. Atəş nəticəsində bir polis ölüb, cavab atəşi ilə iki silahlı məhv edilib”, - agentliyin həmsöhbəti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm