Transgenderlərin müdafiəçiləri Trampı məhkəməyə verdi
Bizi izləyin

Dünya

Transgenderlərin müdafiəçiləri Trampı məhkəməyə verdi

ABŞ ordusuna transgenderlərin qəbulu 2016-cı il iyun ayından qüvvədə idi.

“Amerika Vətəndaş Azadlıqları İttifaqi” (ACLU) hüquq müdafiə təşkilatı ABŞ prezidenti Donald Trampı məhkəməyə verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə iddiası transgenderlərin silahlı qüvvələrdə xidmətini qadağan edən sərəncamla bağlıdır.

Qeyd edək ki, ABŞ prezidenti iki gün əvvəl cinsinin dəyişdirilməsi üzrə əməliyyat keçirən şəxslərin silahlı qüvvələrdə xidmətini qadağan edən sərəncam imzalayıb. Qadağanın 2018-ci ilin mart ayında qüvvəyə minəcəyi gözlənilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2018-ci il fevralın ortalarında bu məsələ ilə bağlı Ağ Evə öz mülahizələrini təqdim etməlidir.

Tramp qərarını transgenderlərin guya orduda iğtişaşlara təhrik etməsi, onların tibbi müayinəsinin böyük xərc tələb etməsi ilə əlaqələndirib.

ABŞ ordusuna transgenderlərin qəbulu 2016-cı il iyun ayından qüvvədə idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm