Ermənistanda "təmizlik": daha bir nazir müavini işdən çıxarıldı - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Ermənistanda "təmizlik": daha bir nazir müavini işdən çıxarıldı - (YENİLƏNDİ)

Ermənistanda daha bir nazir müavini işdən çıxarılıb.

Ermənistan mətbuatı xəbər verir ki, baş nazir Karen Karapetyanın sərəncamı ilə fövqəladə hallar nazirinin müavini Aykaram Mxitaryan vəzifəsindən uzaqlaşdırılıb.

A.Mxitaryanın öz ərizəsi əsasında işdən çıxarıldığı bildirilir.

Prezidentin fərmanı ilə müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılmış Ara Nazaryan baş nazirin digər sərəncamı ilə A. Mxitaryanın yerinə təyin edilib. (apa)

***

Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan Surenoviç vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat yayılıb.

Onun tutduğu postdan hansı səbəbdən uzaqlaşdırıldığı məlum deyil.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm