Dünya
“Rusiya üçün nüvə təhdidi artır” – Rusiyadan SOS
“ABŞ tərəfindən keçirilən sınaqlar Rusiya üçün nüvə təhlükəsi riskini artırır”.
Publika.az xəbər verir ki, bunu istefada olan polkovnik, “Komsomolskaya Pravda” nəşrinin hərbi müşahidəçisi Viktor Baranes “Ulduz” telekanalının saytına müsahibəsində deyib.
“Amerika bombalarının sınağında heç bir anilik yoxdur. Daha 1,5-2 il əvvəl amerikalılar bildirdilər ki, Almaniya ərazisində yerləşdirilən nüvə bombaları müasirləşdiriləcək. Və beləliklə, bu bombalar yüksək dəqiqlikli silaha çevrilir. Bu, Rusiya Müdafiə Nazirliyi və Baş qərargah tərəfindən nəzərə alınacaq çox ciddi amildir. Amerikalılar Rusiya üçün nüvə təhlükəsinin potensialını artırdılar”, - o bildirib.
Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi Hərbi Hava Qüvvələri ilə birlikdə Nevada ştatında B61-12 nüvə bombasının ikinci sınağını keçirib.
Nüvə Təhlükəsizliyi Milli İdarəsinin saytında bildirilir ki, sınaqlar B61-12 bombalarının xidmət müddətinin uzadılması proqramı çərçivəsində avqustun 8-də keçirilib. Bombalar F-15E qırıcı-bombardmançıdan atılıb. Sınaqların gedişatında bombanın qeyri-nüvə imkanları, həmçinin bu bombardmançının bombanı çatdırmaq qabiliyyəti qiymətləndirilib.
Birinci belə sınaq martda keçirilib.
Qeyd edək ki, B61-12 B61 taktik nüvə təyyarə bombasının idarə olunan modifikasiyasını təşkil edir. Bombanın birinci versiyası silahlanmaya 1968-ci ildə qəbul edilib. B61-12 bombaları B61 ailəsinin taktik bombalarının əvvəlki versiyalarının əvəzetməsi çərçivəsində 2020-ci ildən sonra Avropada yerləşdiriləcək. B61-12 ABŞ-ın nüvə arsenalında B61 bombasının dörd modifikasiyasını əvəz edəcək.
B61 bombalarının müasirləşdirilməsinə xərclərin ümumi həcmi 9,5 milyard dollar ötəcək.
Ömər Dağlı
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi