Kim Çen In belə xoşbəxt olmamışdı – FOTO
Bizi izləyin

Dünya

Kim Çen In belə xoşbəxt olmamışdı – FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) “Nodon sinmun” qəzeti öz saytında ölkə başçısı Kim Çen Inın bir neçə fotosunu dərc edib.

Publika.az xəbər verir ki, fotolar Şimali Koreyanın həyata keçirdiyi sonuncu raket sınağının ölkə başçısı tərəfindən müşahidə edilməsi zamanı çəkilib.

Kadrlarda Şimali Koreya lideri çox razı görünür. Raket sınağını həmçinin dövlətin hərbi dairələrinin nümayəndələri müşahidə edirlər.

Xatırladaq ki, KXDR avqustun 29-da Yaponiyaya tərəf növbəti raket buraxıb. Raket Yaponiyanın Xokkaydo adasından şərqdə Sakit okeana düşüb. 2,7 min kilometr uçan raketin uçuş hündürlüyü 550 kilometrə çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm