• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

ABŞ nüvə zərbəsinə necə cavab verəcək? - MÜMKÜN VARİANTLAR

  • Dünya
  • 6 Sentyabr 2017 14:30
  • 897 Baxış
ABŞ nüvə zərbəsinə necə cavab verəcək? - MÜMKÜN VARİANTLAR

Son vaxtlar dünya KİV-inin gündəmində olan mövzulardan biri də Koreya böhranıdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-ı dəfərlərlə nüvə zərbəsi ilə hədələməsi vəziyyətin ciddiliyindən xəbər verir.

Pxenyan nüvə silahını işə salarsa, ABŞ-ın buna cavabı necə olacaq?

Publika.az xəbər verir ki, “The National Interest” nəşrinin hərbi məsələlər üzrə redaktoru Deyv Macumdar bu suala cavab olaraq yekdil fikrin olmadığını yazıb.

Amma onun sözlərinə görə, əksəriyyət hesab edir ki, belə hərəkətə yeganə mümkün cavab nüvə zərbəsi olacaq. “Ploughshares” Fondunun prezidenti Jozef Cirinsione hesab edir ki, ABŞ dağıdıcı və heyrətləndirici nüvə zərbəsi ilə cavab verəcək:

“Bizim nüvə silahımız, həmçinin idarə sistemlərimiz nüvə müharibəsi halında atılacaq addımlar üçün nəzərdə tutulub”.

Hərbi Hava Qüvvələrinin kəşfiyyatının keçmiş başçısı, istefada olan general-leytenant, Mitçell elmi tədqiqat institutunun rəhbəri Devid Deptul bu fikirlər razıdır.

Birləşmiş Ştatlarda nüvə silahının tətbiqinə cavab vermək imkanları var. Bunun üçün nüvə yükünün gücü müxtəlif olan V61 istilik-nüvə bombası nəzərdə tutulmuşdur. Onun nüvə yükünün gücünü şəraitdən asılı olaraq nizama salmaq olar: 0,3 kilotondan 340 kilotona qədər. Bu bombanı hədəfə Amerika qırıcılarının əksəriyyətini, həmçinin F-16C və F-15E çatdıra bilər. Zamanla bunun gözəgörünməz F-35 qırıcısı da edə biləcək.

“Hesab edirəm ki, nüvə silahının istənilən tətbiqinə Amerikanın cavabı nüvə zərbəsi olacaq, amma qərarı prezident qəbul edəcək”, - “The Nonproliferation Review” jurnalının redaktoru və Monteyer Beynəlxalq Münasibətlər İnstututunun Nüvə Silahının Yayılmaması üzrə Ceyms Martin Mərkəzinin (ABŞ) böyük elmi işçisi Coşua Pollak bildirib.

Müdafiə proqramları ilə məşğul olan “Heritage” Fondunun böyük elmi işçisi Tomas Kallender Birləşmiş Ştatların Şimali Koreyanın taktik nüvə zərbəsinə cavab olaraq nüvə silahını tətbiq edəcəyinə şübhə ilə yanaşır. O qeyd edir ki, Şimali Koreyanın nüvə potensialının qeyri-nüvə vasitələri ilə məhvi üçün hansısa imkanlar olarsa, onda belə vasitələrin tətbiqi ehtimalı daha çoxdur.

Daha əvvəl BBC telekanalı ABŞ Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, ABŞ və Şimali Koreya arasında müharibə başlayacağı təqdirdə, ABŞ 4 əsas hədəfi vuracaq. Bunlar Şimali Koreyanın Punggye bölgəsində yerləşən nüvə silahlarının sınaq qərargahı, Sinpo liman şəhərindəki sualtı nüvə silahları bazası, Yongbyon şəhərindəki nüvə təsisatı mərkəzi və Tongçang bölgəsindəki raket atəşi qərargahıdır. Göründüyü kimi, əsas məqsəd Pxenyanın sahibi olduğu nüvə gücünü məhv etməkdir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>