Avropadan Rusiyaya növbəti ZƏRBƏ
Bizi izləyin

Dünya

Avropadan Rusiyaya növbəti ZƏRBƏ

Avropa İttifaqı Şurası informasiyanı təsdiq edib.

Avropa İttifaqı Rusiya və Ukraynanın hüquqi şəxslərə və vətəndaşlara qarşı fərdi sanksiyaların daha yarım il - 2018-ci il 15 mart tarixinə qədər uzadılması haqqında qərar qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropadakı diplomatik mənbə bildirib.

Avropa İttifaqı Şurası informasiyanı təsdiq edib. Sanksiyaların altına düşən şəxslərin maliyyə aktivlərinin dondurulması nəzərdə tutulur. Sənəddə deyilir ki, vəziyyətin qiymətləndirilməsi sanksiyalar rejimini dəyişdirməyə imkan vermir.

Siyahıda hazırda 149 fiziki və 38 hüquqi şəxsın adı var.

Qərar Avropa İttifaqının rəsmi jurnalında sentyabrın 15-də dərc ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm