ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”
Bizi izləyin

Dünya

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

ABŞ prezidenti Suriya prezidenti Bəşər Əsədə mesaj göndərib.

“İran neftdən qazandığı pullarla “Hizbullah” və Bəşər Əsəd rejimini dəstəkləyərək bölgədə dağıdıcı fəaliyyət göstərir”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrin gedişatında çıxışı zamanı deyib.

O, növbəti dəfə İranla imzalanan nüvə razılaşmasını tənqid edib və onu ABŞ üçün utanc mənbəyi adlandırıb.

“Bu mövzuda hələ son sözümüzü eşitməmisiniz”, - Tramp bildirib.

ABŞ prezidenti Suriya prezidenti Bəşər Əsədə də mesaj göndərib: “Qadağan edilmiş kimyəvi silahlardan istifadə ediləcəyi halda heç bir ölkə təhlükəsiz vəziyyətdə olmayacaq. Suriyada diktator Bəşər Əsəd rejimi bu hücumlara son qoymalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm