Atatürk Qərbin planını belə POZMUŞDU: 1937-ci il paktı DİRİLİR
Bizi izləyin

Dünya

Atatürk Qərbin planını belə POZMUŞDU: 1937-ci il paktı DİRİLİR

Türkiyə, İraq və İran sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən referendumla əlaqədar olaraq sanksiyalar mövzusunda birgə hərəkət etməyə başlayıb.

Türkiyə və İran Bağdadın tələbləri çərçivəsində Ərbilə qarşı bir sıra addımlar atıb. Türkiyə və İraq Habur sərhəd keçid məntəqəsində, İran isə Şimali İraq sərhədində həyata keçirdiyi hərbi təlimlərlə kürd muxtariyyətinə gözdağı verir.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Qərbin bölgədəki planlarına qarşı 80 illik fasilədən sonra “Sədabat Paktı” yenidən gündəmə gəlib.

“Sədabat Paktı” 1930-cu illərdə - İngiltərə, Fransa və İtaliya arasında Yaxın Şərqdə nüfuz qarşıdurmasının getdiyi vaxtda müstəmləkəçi dövlətlərin müdaxilələrini məhdudlaşdırmaq üçün Türkiyə, İraq və İran arasında gündəmə gəlib. Əfqanıstanın da daxil olduğu “Sədabat Paktı” 1937-ci il iyulun 8-də Tehranda Sədabat Sarayında imzalanıb.

Bölgəni müstəmləkəçi ölkələrin təhdidindən qorumaq üçün pakta imza atan ölkələr bir-birlərinin maraqlarını zədəməmək və birgə hərəkət etmək barədə öhdəlik götürüblər.

“Sədabat Paktı” Yaxın Şərqdə sülhü gücləndirərək Qərb ölkələrinin bölgədəki oyunlarını pozdu. Bu pakt sayəsində Yaxın Şərqdəki sabitlik hətta II Dünya müharibəsində qorunub saxlanıldı. Lakin 1979-cu ildə başlanan İran-İraq müharibəsi ilə bu müqavilənin ruhu tamamilə məhv edildi, bölgədəki etnik və məzhəb qarşıdurmaları başlandı, Qərb ölkələrinin əlində alət olan terror təşkilatları yarandı.

“Qlobal ilhaqçıların Türkiyə, İraq və Suriyanı parçalamaq istədiyi bir dövrdə 1930-cu illərin Sədabat ruhuna yenidən ehtiyac duyulur. Demək olar ki, Ankara-Bağdad-Tehran birliyi qeyri-regional ölkələr tərəfindən həyata keçirilməsi planlaşdırılan planları pozmaq üçün yeganə mexanizmdir”, - “Yeni Şəfəq” nəşri yazıb.

Qeyd edək ki, “Sədabat Paktı” Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün bölgənin sabitliyini təmin etmək və Qərbin bölgə ilə bağlı planlarını pozmaq üçün atdığı ən mühüm addımlardan biri hesab edilir. İraq həmin vaxt Böyük Britaniyadan olan bağlılığını azaltmaq üçün İran və Türkiyəyə hücum etməmək barədə müqavilənin bağlanmasını təklif edir. Türkiyə isə ikitərəfli müqavilələrin əvəzinə regional paktın imzalanmasını təklif edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm