Tramp Tillersona Kim Çen Inla görüşməyə icazə vermədi
Bizi izləyin

Dünya

Tramp Tillersona Kim Çen Inla görüşməyə icazə vermədi

ABŞ Prezidenti Donald Tramp yenə Şimali Koreya prezidenti Kim Çen Inı təhqir edib.

Publika.az xəbər verir ki, prezident Koreya lideri ilə görüşmək istəyən xarici işlər naziri Reks Tillersona “o balaca raket adamla görüşməyəcəksən” deyib.

D.Tramp tvitter hesabından yazdığı bu sözlərlə Şimali Koreya ilə olan birbaşa əlaqə kanallarını da bağlayıb:

“Reks Tillersona – bizim möhtəşəm xarici işlər nazirimizə “kiçik raket adam”la görüşmək üçün etdiyi cəhdlərin boş olduğunu söylədim. Zamanını boş yerə xərcləmə, Reks, enerjini qoru, biz lazım olanı edəcəyik”.

O, Şimali Koreyanı hədəf alan tvitlərinə gün boyu davam edib. Prezident rəqibi ilə bağlı paylaşdığı son tvitlərdə “Raket adama yaxşı davranmaq 25 ildir işimizə yaramadı, niyə indi yarasın? Klinton, Buş və Obama uğursuz oldu, mən olmayacam!” mesajını verib.

Qeyd edək ki, D.Tramp Çindəki mətbuat konfransı zamanı jurnalistlərin suallarına cavab olaraq Şimal Koreya ilə əlaqələri kəsmədiyini söyləmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm