
Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərində naməlum şəxslər qumbaraatandan avtomobili atəşə tutublar.
Publika.az xəbər verir ki, bu haqda Xarkov vilayətinin polisi feysbuk səhifəsində bildirib.
Yol kənarında ekspertlər qumbaraatanın işəsalma qurğusunun hissələrini tapıblar. Hadisə nəticəsində sürücünün zərər çəkmədiyi bildirilir.
Ömər Dağlı