Amerika jurnalisti: “Putinin qeyri-adi diplomatik istedadının sübutudur ki...”
Bizi izləyin

Dünya

Amerika jurnalisti: “Putinin qeyri-adi diplomatik istedadının sübutudur ki...”

“Putin Ağ Evin sakinindən fərqli olaraq qərbsayağı demokratiyaya nifrət edir".

Yaxın Şərq haqqında bir sıra kitabların müəllifi, 20 ildən çoxdur bu regionda baş verən hadisələri işıqlandıran Con Bredli Böyük Britaniyanın “The Spectator” nəşrində Qərbin səhvlərindən və Rusiya prezidenti Vladimir Putinin qələbələrindən danışıb.

Publika.az xəbər verir ki, Bredlinin sözlərinə görə, Putin hazırda Yaxın Şərqi idarə edir.

Suriya haqqında danışan müəllif qeyd edir ki, hazırda suriyalıların üçdə ikisi Putini əsl qəhrəman kimi qəbul edirlər.

“Bizim Dəməşqdə sünni rejimi qurmaq cəhdimiz tam müvəffəqiyyətsizliklə bitdi. Amma Putin vəziyyəti lap əvvəldən düzgün qiymətləndirdi. Suriya müharibəsi Yaxın Şərqdə Rusiyanın mövqelərini gücləndirdi. Bundan başqa, Rusiya və Liviyanın hərbi-texniki əməkdaşlığı möhkəmlənir. Suriya və Liviya Rusiyanın Qərbi necə məğlub etdiyini göstərən yalnız iki nümunədir”, - Bredli qeyd edib.

Müəllif həmçinin Rusiya və Türkiyə arasında yaxın vaxtlarda imzalanan yeni razılaşmalara diqqət çəkir: “Putinin qeyri-adi diplomatik istedadının sübutudur ki, Rusiya və Türkiyə bu gün bir-birinə heç vaxt olmadığı qədər yaxındır”.

Məqalədə Səudiyyə Ərəbistanının kralının oktyabrın 5-də başlanan Rusiyaya səfəri xatırlanır.

Bredli hesab edir ki, İsrail Rusiyanın təsirini tanıyır. Britaniya jurnalisti yazır ki, oxşar baxışlar olduğu üçün Yaxın Şərq ölkələri ilə münasibətlər qurmaq Rusiya üçün asandır.

“Putin Ağ Evin sakinindən fərqli olaraq qərbsayağı demokratiyaya nifrət edir. O xaos deyil, sabitlik yaradır, onda insan hüquqları ilə mürəkkəb problem yoxdur. Putin amerikalıları çox qabaqlayır. Çünki, o diplomatiyada qeyri-mümkün görünməyənləri etdi. Və Vaşinqton alçaldılmış və heç kəsə məlum olmayan bir halda yol kənarında qaldı”, - məqalənin müəllifi yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm