Dünya
Telefonla sekslə məşğul olan deputat SİRRİNİ AÇDI: "Rəfiqəmlə..." - FOTO
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenkonun “112 Ukrayna" telekanalına müsahibəsində “telefonla seks” xidmətində işin təfərrüatlarından danışıb.
Publika.az xəbər verir ki, Savçenkonun sözlərinə görə, “telefonla seks” xidmətində iş ona kişilərin xarakterlərini anlamağı və ödəmə qabiliyyəti olanları öyrənməyi öyrədib.
“Sonra asanlıqla hesablaya bilirdim ki, məhz kim belə xidmətlərdən istifadə edir. Çünki bilirdim ki, bu xətlərə necə, hansı vaxta və hansı tariflərlə qoşulurlar”, - Savçenko deyib.
O, əlavə edib ki, həmçinin telefona qoşulma sisteminin iş prinsiplərini anlamağı bacarıb: “Orada anlamaq lazım idi, müştərilərdən kimlərin ödəmə qabiliyyəti var. Bunun üçün bütöv sistem var. Qaçan sətirlər var və sən informasiyanı daim yoxlayırsan. Buna görə də bu iş ilk növbədə diqqəti toplamağı öyrətdi”.
Qeyd edək ki, Savçenko “telefonla seks”in xidmətində işdən ilk dəfə avqustun 2-də danışdı. Onun sözlərinə görə, 21 yaşında bununla məşğul olur və “qəşəng” maaş alırdı.
“Rəfiqəmlə iş axtarırdıq. Qəzetdə elan gördük: “Xoş səsi, istənilən mövzulara danışmaq bacarığı olan qız axtarılır”. Bunun nə iş olduğunu bilmirdim. Göstərilən ünvana gəldik. Orada mənə bir bulvar romanını verdilər və mikrofona seksual səhnəni oxumağımı istədilər. Mən əvvəlcə buna güldüm. Ora gələn qızların çoxu şokda idilər, çox az adam bunu oxuya bilirdi. Öz-özümə dedim: “Sən aktrisasan, sən bunun oxuyacaqsan”, - deputat xatirələrini bölüşüb.
Xatırladaq ki, 36 yaşlı Savçenko “Aydar” batalyonunun tərkibində Donbasda vuruşurdu. O, 2014-cü ilin iyununda Luqansk vilayətindən əsir düşür və Rusiyaya aparılır. 2016-cı ilin martında Rostov vilayət məhkəməsi Savşenkonun Rusiya jurnalistlərinin qətlində iştirakda günahkar tanıyıb və 22 il azadlıqdan məhrum edib. Pilot öz günahını qəbul etməyib. Mayın 25-də isə onu Rusiya hərbçiləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişirlər.
2014-cü ilin oktyabrında “Batkivşina” Partiyasından Ali Radaya seçilib. 13 aprel 2017-ci ildə “Nadejda Savçenkonun İctimai-siyasi platforması” yeni siyasi partiyanı yaradıb.
Ali Rada üzvü 2019-cu ildə prezident seçkilərində iştirak etməyə hazırlaşır.
Ömər
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı