Ərdoğan Poroşenko ilə görüşdü
Bizi izləyin

Dünya

Ərdoğan Poroşenko ilə görüşdü

Kiyevə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Petro Poroşenko ilə görüşüb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, dövlət başçıları ölkələr arasında strateji əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Ərdoğanın səfəri çərçivəsində həmçinin dövlət liderlərinin həmsədrliyi ilə Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şurasının altıncı iclası keçiriləcək. Tərəflər bütün strateji istiqamətlərdə ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq sülh və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Strateji Şuranın iclasının nəticəsinə görə, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm