Kremlin əsas müttəfiqi əlindən alınır
Bizi izləyin

Dünya

Kremlin əsas müttəfiqi əlindən alınır

Avropa İttifaqının rəhbərliyi Belarus lideri Aleksandr Lukaşenkonu “Şərq tərəfdaşlığı” sammitinə dəvət edib.

Publika.az xəbər verir ki, bu haqda “EU Observer” nəşri yazıb.

Lukaşenko dəvəti qəbul edərsə, bu, onun Avropa İttifaqının paytaxtı Brüsselə birinci səfəri olacaq. Nəşr qeyd edir ki, Lukaşenkonun 23 illik hakimiyyəti müxalifət liderlərinin qətlləri və təqibləri, “seçkilərin saxtalaşdırması” və dinc nümayişlərinin dağıdılması ilə qeydə alınıb.

“Şərq tərəfdaşlığı”nın sammiti iki ildən bir keçirilir. Sammit Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə Avropa İttifaqı arasında sıx əlaqələr qurmağa xidmət edir. Nəşr xatırladır ki, Rusiyanın müttəfiqi olan Belarus tərəfini adətən xarici işlər naziri təmsil edir.

“EU Observer”lə söhbəti zamanı bir Avropa məmuru Brüsselin Lukaşenko və 169 Belarus məmurunun Avropa İttifaqının ərazisinə qoyulan qadağanın ləğv edilməsinə diqqət çəkib. Həmsöhbətin sözlərinə görə, bu onunla izah olunub ki, rəsmi Minsk Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşması üçün bir sıra addımlar atıb: siyasi dustaqlar azad edilib, son seçkilərdə heç kəs döyülməyib və insan hüquqları haqqında danışıqlar bərpa olunub.

Avropa Parlamentinin Litvadan olan deputatı Petras Austreviçius isə dəvəti “qalmaqallı” adlandırıb. Siyasətçi 20 il ərzində Belarus müxalifəti ilə sıx əməkdaşlıq edib. Başqa bir Avropa məmuru qorxusunu ifadə edib ki, Belarus “diktator”unun gəlişi həqiqətən Avropa İttifaqına qoşulmaq istəyən Gürcüstan, Moldova və Ukraynanın liderlərini kölgədə qoyacaq.

“Bütün sammit Lukaşenkonun şousuna çevriləcək”, - nəşrin mənbəyi əmindir.

Eyni zamanda, bəzi şərhçilər Brüsselin dəvətini geosiyasi nöqteyi-nəzərdən qiymətləndirirlər. Belə ki, NATO-nun sabiq baş katibi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen (hazırda Ukarayna prezidentinin məsləhətçisidir – red.) əmindir ki, Lukaşenko ilə dialoq Avropa üçün əlverişlidir. Onun fikrincə, bu əməkdaşlıq Moskva-Minsk oxunu zəiflədə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm