Tramp yeni qərar imzaladı- SİSTEM DƏYİŞİR
Bizi izləyin

Dünya

Tramp yeni qərar imzaladı- SİSTEM DƏYİŞİR

ABŞ Prezidenti Donald Tramp, nəhayət ki, keçmiş prezident Barak Obamanın səhiyyə sistemini əvəz etmək üçün yeni addım atıb.

Publika.az xəbər verir ki, prezident “Obamacare” sisteminə alternativlər tapmaq üçün qərar imzalayıb.

Yeni qərara əsasən, səhiyyə islahatlarının Konqresdən keçməməsi səbəbilə bəzi federal səhiyyə sığortasının qaydaları dəyişdiriləcək.

Ağ Evdən verilən məlumata görə, D.Tramp bu qərarı daha aşağı büdcəli səhiyyə layihəsi başlatmaq üçün verdiyi bildirilib. Yeni qərara əsasən, yaradılan sistemin vətəndaşlarda rəqabəti artıracağı və qiymətləri aşağı salacağı gözlənilir.

Mütəxəssislər D.Trampın səlahiyyətlərindən istifadə edərək dəyişdirdiyi qaydaların mövcud sistemə zərər verəcəyini bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm