İtaliya sahillərində 600-ə yaxın miqrant xilas edildi
Bizi izləyin

Dünya

İtaliya sahillərində 600-ə yaxın miqrant xilas edildi

İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib.

Publika.az “AP” agentliyinə istinadən bildirir ki,, xilasedici əməliyyat 36 saat davam edib.

Miqrantların Palermo şəhərinə gətirildiyi bildirilir.

Qeyd edək ki, sentyabrda Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustda isə İspaniya sahil mühafizəsi 600 qeyri-qanuni miqrantın xilas edildiyi barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm