
Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.
Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.
Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.