ABŞ və Səudiyyə Ərəbistanından gözlənilməz Rakka həmləsi
Bizi izləyin

Dünya

ABŞ və Səudiyyə Ərəbistanından gözlənilməz Rakka həmləsi

ABŞ-ın İŞİD-lə mübarizədəki özəl təmsilçisi Bred Makqark Səudiyyə Ərəbistanı nümayəndəsi ilə birlikdə YPG-nin əlinə keçən Rakka şəhərini ziyarət edib.

Publika.az xəbər verir ki, o, bu barədə tvitter hesabından paylaşım edib.

B.Makqark Rakkanın İŞİD-dən tamamilə təmizlənməsi üçün hazırlıqlar aparıldığını, veriləcək yardımların ünvanlandığını, minadan təmizlənmə işlərinə başlanıldığını və humanitar xidmətlərin davam etdiriləcəyini qeyd edib.

O, İŞİD-in bir zamanlar olduqca vəhşi təşkilat olduğunu, ancaq hazırda zavallı və məqsədsiz bir topluma çevrildiyini deyib. Terror təşkilatı Rakkada 6000-ə yaxın üzvünü itirib və artıq böyük qruplar halında təslim olurlar.

Koalisiya təmsilçisi ABŞ-ın bölgədəki sabitliyi təmin etmək üçün sürətli işlər apardığını və bütün hərbi əməliyyatları koordinasiya etdiyini vurğulayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm