Əri arvadını və onun sevgilisini öldürüb intihar etdi - FOTO
Bizi izləyin

Dünya

Əri arvadını və onun sevgilisini öldürüb intihar etdi - FOTO

Alman Azadlıq Demokratik Partiyasından olan siyasətçi Kornelia Cehle maşınında boğazı kəsilmiş halda tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun cəsədi polislər tərəfindən aşkarlanıb.

Bir nəfər polisə parkda şübhəli maşın barədə məlumat verib. Hadisə yerinə gələn polis maşında iki kişi, bir qadın cəsədi müəyyən edib.

Onlardan biri K.Cehle, biri 26 yaşlı sevgilisi Yannik P və digəri əri Markus Cehle (56 yaş) aid olub.

Polisin məlumatlarında bildirilir ki, əri əvvəl K.Cehleni və sevgilisini öldürüb, sonra da intihar edib.

Məlumata görə, M.Cehle ilə K.Cehle arasında da əvvəl münaqişə yaşanıb. K.Cehleyə əri tərəfindən fiziki təzyiq olub. Həyat yoldaşının psixoloji problemləri olduğundan bir müddət əvvəl boşanmaq üçün müraciət edib. Hətta həyat yoldaşının K.Cehleyə yaxınlaşmamaq qadağası olduğu bildirilir.

Cütlüyün iki uşağı var.

Qeyd edək ki, polis cinayət yerindən iki ədəd bıçaq və iki ədə odlu silah aşkarlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm