Yaponiyada seçkilərin qalibi bəlli oldu
Bizi izləyin

Dünya

Yaponiyada seçkilərin qalibi bəlli oldu

Dünən Yaponiya Parlamentinin Aşağı Palatasında növbədənkənar seçkilər keçirilib.

Publika.az xəbər verir ki, ilkin nəticələrə görə, baş nazir Şinzo Abe liderliyindəki Liberal Demokratlar parlamentin alt qanadı olan Təmsilçilər Məclisində 2/3 nisbəti ilə üstünlüyü əldə edib.

Liberal Demokratlar koalisiyası parlamentin Təmsilçilər Məclisində 465 yerdən 312-ni qazanıb.

Qeyd edək ki, Şinzo Abe Yaponiyanın qarşılaşdığı milli böhranların qarşısını almaq üçün “yenilənmiş vəkalətə” ehtiyacı olduğunu bildirmiş və sentyabr ayında Təmsilçilər Məclisini buraxmışdı.

Milli böhran dedikdə, Şimali Koreyanın nüvə təhdidləri, Fukuşima sonrası tətbiq ediləcək nüvə siyasəti və vergi məsələsi nəzərdə tutulur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm