Rusiyada polisə hücum: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Rusiyada polisə hücum: ölən və yaralananlar var

Rusiyanın Yesentuki şəhərində silahlı insident baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, naməlum şəxslər onların sənədlərini yoxlamaq istəyən polis əməkdaşlarına atəş açıb. Nəticədə 2 qanun keşikçisi yaralanıb.

Silahlılardan biri məhv edilib, digəri qaçıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm