Tramp fövqəladə vəziyyət elan edəcək
Bizi izləyin

Dünya

Tramp fövqəladə vəziyyət elan edəcək

ABŞ prezidenti Donald Tramp ölkədə fövqaladə vəziyyətin elan ediləcəyini deyib.

Publika.az xəbər verir ki, demokratların onu qınamasının ardından mətbuatda çıxış edən Tramp ölkədə gərginliyi artıran məsələlərdən birinin narkotik maddələrin satışı olduğunu deyib: "Gələn həftə fövqəladə vəziyyət elan etməyə hazırlaşırıq. Tiryəklə bağlı ölkədə dəhşətli vəziyyət yaranıb".

Statistikaya görə, son 25 ildə ölkədə süni tiryəkdən isifadə halları 4 dəfə artıb. Amerika institutunun yayımladığı cədvələ görə isə, yalnız 2014-cü il üçün ABŞ-da sintetik tiryəkdən istifadə edən 2 milyondan çox insan qeydə alınıb. Bununla müqayisədə ölkədə heroindən istifadə edənlərin sayı daha azdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm