5 günlük yas mərasiminə 340 milyon dollar PUL AYRILDI - FOTOLAR
Bizi izləyin

Dünya

5 günlük yas mərasiminə 340 milyon dollar PUL AYRILDI - FOTOLAR

Keçən il vəfat edən Tayland kralı Bumibol Adulyadej üçün 5 günlük yas mərasimi təşkil edilib.

Publika.az xəbər verir ki, yeni kral Maha Vajralonqkorn atasının dəfn mərasimi üçün 340 milyon dollar pul ayırıb.

Dünəndən etibarən başlayan mərasimə 250 min nəfər qatılıb. Kralın cənazəsini daşıyan avtomobil tabutu hamının yaxşı görə bilməsi üçün 2 kilometr yolu 5 saata gedib.

Kralın cəsədinin yandırılacağı qızıl örtüklü krematoriumun hazırlanması 10 aya başa gəlib. 222 illik xüsusi qızıl örtüklü qab da cənazə avtomobilinə qoyularaq krematoriuma aparılıb.

Mərasimə qatılanlar üçün tək şərt qara rəngli geyimlə gəlmək olub. Təhlükəsizliyin ən ali səviyyədə təşkil edildiyi bölgədə otel və restoranlardan başqa bütün məkanlar bağladılıb.

Qeyd edək ki, 70 il Taylandın kralı olan Bumibol Adulyadej ağ ciyər infeksiyası və böyrək çatışmazlığı səbəbilə 88 yaşında vəfat etmişdi.

Yas mərasiminə gələ bilməyənlər üçün ölkənin bütün bölgələrində qızıl krematoriumun kiçik maketləri qoyulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm