
“Oklahama Siti” basketbol klubunun təyyarəsi Minnesotadan Çikaqoya qayıdarkən havada naməlum cisimlə toqquşub.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, pilotlar özünü itirməyərək basketbolçuların yer aldığı təyyarəni ünvana çatdıra biliblər. Hadisə zamanı təyyarənin uc hissəsi əzilib. Xəsarət alan olmayıb.