Dünya
Məhbuslara internetdən istifadəyə icazə verildi - QƏRAR
Hollandiyada "Leeuwarden" və "Essenheem" həbsxanalarında məhbusları cəmiyyətə yenidən qazandırmaq məqsədilə maraqlı layihə həyata keçirilib.
Publika.az xəbər verir ki, layihə "Atalar həbsxanası" adlanır. Layihə çərçivəsindən sözügedən iki həbsxanada övladı olan kişi məhbuslara "Skype" proqramı vasitəsilə ailələri ilə əlaqə yaratmalarına rəsmən icazə verilib.
Layihənin məqsədi, atalarının törətdiyi cinayətə görə uşaqların üstünə düşən ağır yükü azaltmaq, ataların övladları ilə ünsiyyət saxlaması, onların dərslərinə kömək etməsi və gecə yatmazdan əvvəl söhbət etməsidir.
Hazırda 20 məhkum bu proqramdan istifadə edir.
Layihədə övlad sahibi olmayan məhkumlar iştirak edə bilməz. Hollandiya höküməti bununla məhbusların yenidən cinayət törətmə ehtimalını nisbətən azaldacağına inanır.
Layihəyə qoşulan məhkumların həbsxanada daxili nizam-intizam qaydalarına digərlərindən 6 dəfə daha çox riayət etdikləri müşahidə edilib.
Könül Cəfərli
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi